“The Telegraph”: Tereza Mey yeni Marqaret Tetçer ola bilər

Böyük Britaniyanın Baş naziri Tereza Mey səlahiyyətlərinin yeni icrasına başlayarkən artıq iki mühüm addım atıb. Trend bu barədə “The Telegraph” qəzetinə istinadən xəbər verir.

T.Mey yeni Britaniya konservatizminə baxışlarını açıqlayıb. O, eyni zamanda, mühüm dövlət vəzifələrinə yeni təyinatlar edib və məhz bu insanlar yeni baxışları həyata keçirərək Britaniyanın Avropa İttifaqından çıxmasını təmin edəcəklər.

Eyni zamanda, yeni Nazirlər Kabinetındə avroskeptiklər də yer alıb və T.Meydən fərqli olaraq Brexit-in lehinə səs veriblər. Məsələn, Boris Conson Xarici İşlər Nazirliyinə başçılıq edəcək, Lian Foks beynəlxalq ticarətə, Devid Devis isə Brexit-ə cavabdeh olacaq. Qəzet qeyd edir ki, bu müdrik qərardır və ölkədə vəhdətin saxlanılmasına imkan yaradacaq.

Mixail Qorbaçov bəyan edib ki, T.Mey fəaliyyəti ilə gələcəkdə Böyük Britaniyanın sabiq Baş naziri “dəmir ledi” Marqaret Tetçer ilə “bir sıraya dura bilər”.