​Çində “Nepartak” qasırğası nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb

Çində “Nepartak” qasırğası nəticəsində onlarla insan həlak olub. “Report”un məlumatına görə, bu barədə ölkə televiziyası xəbər yayıb.

Məlumata görə, Minçin qəzasında daha 60 nəfər ölüb. Bununla da qasırğa nəticəsində ölənlərin ümumi sayı 69 nəfər çatıb.

Şərqi Çinin Fuçzyan əyalətində isə daha 6 nəfər itkin düşmüş sayılır.

Qeyd edək ki, iyulun 9-də baş vermiş qasırğa əsasən altı şəhəri əhatə edib. Təbii fəlakətin tüğyan etdiyi ərazidən 506,7 min sakin təxliyyə olunub. 8,3 min ev tamamilə və ya qismən dağılıb.

Qasırğa ölkəyə ümumilikdə 10 mlrd. yuan (1,5 milyard dollar) məbləğində ziyan vurub. Təbii fəlakət zamanı 20 min hektar əkin sahəsi yuyulub, 233 müəssisənin fəaliyyəti dayandırılıb.