Dollar 1,56 manata çatdı

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 18-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən virtualaz.org-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi gələn həftənin bazad ertəsi üçün 1,56 manat səviyyəsində müəyyən edilib.

Xatırladaq ki, bu gün dollar 1,5581 manata bərabər olub.