Halitlə Bergüzarın serialında surpriz dəyişiklik – fotolar

Yeni mövsümdə efirə gedəcək “Vatan haini” serialında sürpriz dəyişiklik olub.

Axşam.az-ın Türkiyə KİV-inə istinadən xəbərinə görə, baş rollarını Halit Ergençlə Bergüzar Korelin paylaşacağı ekran işinin aktyor heyəti artıq bəlli olub.

Avqustda çəkilişlərinə başlanılacaq serialda Onur Saylak və Işıl Yücesoyun çəkiləcəyi açıqlanmışdı. Yeni xəbərlərə görə isə Işıl layihədən çıxarılıb.

Səbəb isə “Vatan haini”ndə Halitin anası obrazını canlandırması planlaşdırılan Yücesoyla bağlı ssenaridə dəyişiklik edilməsi olub. Belə ki, qəzəbli ana obrazı yerinə daha sakit biri qoyulub.

Eyni zamanda aktrisa Miray Daner də seriala əlavə olunub. Daner son olaraq “Medcezir” serialında rol almışdı.