Kasprşik Qarabağa gedib

ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gedib.

AzVision.az xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, o, qondarma “DQR nın rəhbəri” Bako Saakyanla görüşüb. Görüş zamanı təmas xəttindəki vəziyyət müzakirə edilib.