Müdafiə Nazirliyi KİV rəhbərlərinə müraciət etdi

Azərbaycan Müdafiə Nazirliyi cəbhəboyu zonada vəziyyətin həssaslığını nəzərə alaraq, yerli kütləvi informasiya vasitələrinin rəhbərlərinə müraciət edib.

AzEuroNews xəbər verir ki, müraciətdə deyilir:

“Anonim və qeyri-rəsmi mənbələrdən əldə edilən hərbi məlumatların əksər hallarda araşdırılmadan qeyri-dəqiq formada yayılmasının düşmənin maraqlarına xidmət etdiyini nəzərə alaraq, bu mövzuda xəbərlərin Müdafiə Nazirliyinin rəsmi açıqlaması olmadan və dəqiqləşdirmə aparılmadan ictimailəşdirilməsinin qarşısının alınması tövsiyə edilir”.