Nitsa aeroportundakı işçilər və sərnişinlər təxliyə olundu

Ötən gecə terakt törədilən Nitsa şəhərinin aeroportu boşaldılıb.

Virtualaz.org bildirir ki, bu barədə hadisə şahidlərinə istinadən Associated Press məlumat yayıb.

Onların sözlərinə görə, sərnişinlərindən aeroport binasını tərk etmək tələb olunub.

Evakuasiyanın səbəbi hələlik məlum deyil.

Xatırladaq ki, bir az əvvəl yerli polisin Nitsa yolunun üstündə park edilmiş yük avtomobilini minadan təmizləməsi barədə məlumat yayılmışdı.