Nitsa hücumuna “istehza edən” türk jurnalist işdən çıxarılıb

Türkiyənin dövlət Anadolu xəbər agentliyinin müstəqil jurnalisti Nitsa hücumunu Twitter-də lağa qoyduğu üçün işdən qovulub, Hürriyet qəzeti xəbər verir.

Agentliyin bildirdiyinə görə, Ali Kahrıman adlı müstəqil reportyor hücumdan sonra “məsuliyyətsiz post” paylaşdığına görə agentlikdən kənarlaşdırılıb.

Agentliyin yaydığı bəyanatda onun ştatlı işçi olmadığı və müstəqil reportyor kimi agentlik üçün vaxtaşırı işlədiyi vurğulanır.

Cənab Kahrımanın tviti Türkiyə sosial media sitifadəçilərinin qəzəbinə səbəb olub. Daha sonra onun tvitini sildiyi deyilir.

Fransanın Nitsa şəhərində yük maşınının dənizkənarı bulvarda izdihamın üzərinə sürməsi nəticəsində azı 84 nəfər həlak oldub, 50-ə yaxın insan yaralanıb.

fransa-muxbir-azeuro-1