Rusiya Mərkəzi Asiya və Qafqazı xaosla HƏDƏLƏDİ

“Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində yeni hərbi münaqişələrin yaranması ehtimalı mövcuddur”.

Rusiya KİV-in məlumatına görə, bunu bu ölkənin müdafiə naziri Sergey Şoyqu deyib. “Dünyada hazırkı vəziyyətin inkişafının analizi göstərir ki, yaxın perspektivdə yeni hərbi münaqişələrin yaranması ehtimalı var.

Suriyadakı böhranlı vəziyyət hər hansı bir ölkədə, o cümlədən Mərkəzi Asiya və Qafqazın postsovet dövlətlərində təkrarlana bilər. Bu şərtlərdə Rusiya potensial təhdidlərə qarşı adekvat reaksiya verməyə məcbur olacaq”, – deyə Rusiyanın müdafiə naziri qeyd edib.