Türkiyədə hərbi çevriliş – Ərdoğan devrildi?

Ötən saatlarda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının internet ünvanından “Ölkə hakimiyyətinə tamamilə əl qoyuldu” açıqlaması yayıldı. Bundan dərhal sonra Silahlı Qüvvələrə aid birliklər İstanbulda bir neçə binanı və əhəmiyyətli yolları nəzarətə götürüb. Ankara və İstanbulda atışma səsləri eşidildi.

Hazırda hərbçilər Istanbulda Atatürk Hava limanını və TRT-nin binasında hərbçilər nəzarəti ələ alıb. Bundan başqa, Taksim meydanının da hərbçilərtərəfindən qapadıldığı bildirilir.

Hazırda TRT-də hərbçilərin bəyanatı oxunur. Bəyanatda qeyd olunub ki, AKP partiyasının iqtidar olduğu dövrdə ölkənin nüfuzu düşüb, əhalinin sosial durumu pisləşib.

Bəyan olunub ki, hazırki hakimiyyət buraxılıb və yeni iqtidarın formalaşması üçün müvafiq işlər görüələcək. Vətəndaşlardan çölə çıxmamaq tövsiyyə edilib.

Bu arada `Miliyyet` qəzetinin yaydığı xəbər görə, hazırda Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Atatürk hava limanna gedir.

Türkiyənin baş naziri Binali Yıldırım Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında baş verən hadisələrə, eyni zamanda İstanbul və Ankara şəhərlərində yaranmış vəziyyətə dair açıqlama verib:

“Təəssüf ki, bir neçə saat öncə bəzi nöqtələrdə nəqliyyatın hərəkətinin dayandırlması və bəzi önəmli binaların mühasirəyə alınması kimi hadisələr baş verdi. Dərhal da asayiş qüvvələrimiz hərəkətə keçdi. Cavabı artıqlamasıyla veriləcək. Xalqın iradəsini silah gücünə yox etmək cəhdinə yol verilməyəcək və bu işi görənlər qarşılığını ağır şəkildə ödəyəcəklər. Dövlətin, millətin verdiyi pulla alınmış silahları millətə tuşlayanlara ən ağır cəza veriləcək. Bu iş cəzasız qalmayacaq” – deyib.

Baş nazir baş verənləri “hərbi qiyam” adlandırıb və bildirib ki, gücə qarşı güç istifadə olunacaq: “Sonunda ölüm də olsa, gərəkən hər şeyi edəcəyik”.