Ərdoğan: Qiyamçılar layiqli cəzalarını alacaqlar

Qiyamçılar layiqli cəzalarını alacaqlar. Trend-in “TRT 1” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

O qeyd edib: “Təsis etdiyim partiyanın bütün üzvlərini, hər kəsi şəhərlərimizin meydanına dəvət edirəm. Meydanlarda xalqımız əl-ələ olacağıq və qiyamı qaldıranlara layiqli cəzalarını verəcəyik. Millətimi meydanlara çağırıram. Meydanlarda bunlara ən gözəl cavabı verək. Tarix boyu qiyamçıların heç bir nailiyyəti olmayıb”.