Azərbaycanın Ankaradakı səfirliyində vəziyyət necədir?

Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejimində öz fəaliyyətlərini davam etdirirlər.

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildrib.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı olmaqla 60 nəfərin həlak olduğu bildirilir.

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Silahlı Qüvvələrindəki bir qrup dəstə hərbi çevrilişə cəhd edib.

Bu arada Türkiyə ordusunun 754 hərbçisi saxlanılıb. Onlardan 5-i generaldır. Baş Qərargah rəisi Hulusi Akar isə polisin keçirdiyi əməliyyatla girovluqdan azad edilib.