Baş Nazir: “Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi tapılmayıb”

Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı rəisi Hulusi Akarın yeri barədə məlumat daxil olmayıb. Report xəbər verir ki, bu barədə Türkiyə KİV-lərinə baş nazir Binali Yıldırım bildirib.

Onun sözlərinə görə, Silahlı Qüvvələrinin Baş Qərargahı rəisi vəzifəsi icra etmək üçün I Ordu Komandanı Ümit Dündara həvalə olunub.