Braziliyada təhlükəsizlik tədbirləri

Braziliya hökuməti gələn ay Rio de Janeiro da keçiriləcək Olimpiya Oyunları ilə əlaqədar təhlükəsizlik tədbirlərini artıracaq.

AzEuroNews bbc.com-a istinadən xəbər verir ki, hökumətin bildirdiyinə görə, onlar üçün əsas insanların təhlükəsizliyidir.

Müdafiə Naziri Raul Jungmanın sözlərinə görə, Nitsada ki, hadisə hər birimiz üçün ağır oldu və belə bir fəlakətin təkrarlanmaması üçün onlar əllərindən gələni edəcəklər. Bunun üçün daha çox maneələr hazırlanacaq və reydlər keçiriləcək.

Rionun meri Eduardo Paesin, ölkələrin olimpiya nümayəndə heyətlərinin təhlükəsizlik işlərinin artırılacağını  bildirdiyinə baxmayaraq, Fransanın hərbi kəşfiyyat komandası xəbər verib ki,onların aldığı məlumata əsasən, Olimpiya Oyunları zamanı Fransa komandasına terror hücumu gözlənilir.

Buna baxmayaraq, Braziliya hökuməti  öz hazırlığından əmindir, ən müasir təhlükəsizlik və müdafiə üsullarını tətbiq edəcəyini bildirir.

Onuda qeyd edək ki, oyunu izləmək üçün 500 minə yaxın xarici qonağın gələcəyi gözlənilir.

24 iyul tarixindən etibarən isə 80 min polis və əsgərlər oyun müddəti Rio küçələrinə nəzarət edəcək.