Dəstək üçün küçəyə çıxan “Yeni Şafak”ın işçisi öldürüldü

Hərbi çevrilişə etiraz edən “Yeni Şafak” qəzetinin foto-müxbiri Mustafa Cambaz əsgərlərin açdığı atəş nəticəsində həyatını itirib.

AzEuroNews Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı qəzetin baş redaktoru İbrahim Karagül twitter hesabında yazıb. O, foto-müxbirin son tvitini paylaşıb:

“Şəhidimiz Mustafa Cambazın son mesajı: “Baş komandir Ərdoğanın istəyi və əmri ilə küçəyə çıxırıq””.

muxbir-azeuro-1