Dünyanın ən zəngin 10 idmançısı

Ən zəngin və ən məşhurların sıralaması  ənənə halına gəlib və hər il dünyada böyük maraq doğurur. AzEuroNews ubiznes.ru-ya istinadən dünyanın ən zəngin idmançılarının siyahısını təqdim edir:

10. Alex Rodriguez (36 milyon $)

Aleks-Rodriques-azeuro-1

Əksər soydaşlarımız üçün bu ad heç bir məna kəsb etmir. Lakin o, vətəni olan Birləşmiş Ştatlarda böyük bir şəxsiyyət kimi tanınır. Demək olar ki, milli idman növü sayılan beysbolun ən  parlaq nümayəndəsidir. “New York Yankees”- in 36 yaşlı oyunçusu 2002-ci və 2003-cü ildə iki dəfə nüfuzlu “Qızıl Əlcəklər” mükafatına layiq görülüb, o cümlədən bir çox professional mükafatlara sahibdir.

9. Peyton Manning (38,1 milyon $)

manninq-azeuro-2

Ənənəvi idman növünün daha bir nümayəndəsi. Bu dəfə söhbət amerikan futbolundan gedir. Bütün zamanların ən yaxşı “quarterback”-i öz sahəsində əldə oluna bilənəcək ən nüfuzlu mükafatların sayına görə rekordçu hesab olunur. Keçən mövsümü Payton boyun zədəsinə görə qaçırdı. Lakin bu ona, öz sərvətinə daha böyük məbləğ əlavə etməsinə mane olmadı. O, uzun illər bir kluba , “Indianapolis Colts” klubuna sadiq qalıb. Bu klubla oyunçu 1998-ci  ildən əməkdaşlıq edib. Lakin 2012-ci ilin mart ayında sensasiya yaradacaq bir şəkildə klubunu tərk edib və yeni komanda axtarır.

8.Krishtianu Ronaldo (38,8 milyon)

ronaldo-azeuro-3

Bu idman növünün mövcud olduğu bütün tarix ərzində, ən bahalı futbolçusu, növbəti dəfə öz ulduz statusunu təsdiqləyib. Tarixin ən istedadlı oyunçularından biridir. “Qızıl Butsı”-nın sahibidir. Real Madrid komandasının heyətində İspaniya çempionatının ən yaxşı bombardiri və bu ölkə kubokunun sahibidir. Gözəl oyundan başqa “Mister Kəpək” reklamında çəkilib. Reklam isə ayrı bir gəlir gətirir.

7. Lionel Messi. (43,8 milyon)

messi-azeuro-4

İstedad və oyun keyfiyyətinə görə İspaniyanın “Barselona Klubunun” hücumçusu Ronaldodan heç də geri qalmır. İspaniya Kubokunun ən yaxşı bombardirı titulunu ötən illərdə onlar haqlı olaraq ikisi bölüşüblər. UEFA-ya görə isə Messi ümumiyyətlə Avropanın ən yaxşı futbolçusudur. FIFA tərəfindən “Qızıl Top” qalibidir.Təəcüblü deyil ki, onu Maradona ilə müqayisə edirlər. Fenomenal bacarığı ilə o, öz titullu sələfisini keçmək iqtidarındadır.

6. LeBron James (44,5 milyon)

lebron-azeuro-5

İki dəfə çempionatın ən qiymətli oyunçusu  adını qazanan basketbolçu yeni komandasında müvəffəqiyyətli bir mövsüm keçirir. 2010-cu ildə “Cleveland”-dan  “Miami Heat”-ə keçidi azarkeşlər arasında bir fırtınaya səbəb oldu. Ötən il LeBron yeni rekord damğasını vurdu. O, bütün ulduzlarının ənənəvi görüşündə Maykl Cordanın fenomenal göstəricisini təkrar edərək, “triple-double” edib.

 

5. Fernando Alonso (45 milyon)

fernando-azeuro-6

Ən bahalı idman növlərindən biri olan (Formula-1 yarışı) siyahıda qeyd edilməyə bilməzdi. Ötən il ərzində ispan sürücü Ferrari komandasının aktivinə 257 xal gətirə bilmişdi. Alonso bu idman növünün tarixində 1000 xalı adlaya bilən ikinci idmaçıdır. Bundan başqa,nəzərə almaq lazımdır ki,onun müqaviləsi hələdə davam edir.

 

4. Manny Pacquiao (52,5 milyon)menni-azeuro-6

Titul qazandığı ildə, orta çəki dərəcəsində çıxış edən, məşhur filippinli boksçu, iki döyüşün iki döyüşdə iştirak edib. Hər ikisi onun qələbəsi ilə başa çatıb. Birinci dəfə idi ki, Shane Mosleyə qarşı mübarizədə,bütün hakimlər ən yaxşı boksçu titulu üçün eyni idmançıya səs verib. İkinci dəfə titulun qorunması o qədərdə inandırıcı deyildi, lakin WBO dünya çempionu yenədə müqavimət göstərdi.

 

3. Roger Federer (52,8 milyon)

federer-azeuro-7Elit statusuna baxmayaraq, tennisin yalnız bir nümayəndəsi qeyd olunub.Bir sıra mütəxəssislər və idmançılar Federeri tarixin ən yaxşı tennisçisi  adlandırır. Bir çox rekordların sahibi Grand Slam turnirlərində tək kişilər dərəcəsində 17 titul qazanmış və dünya sıralamasında 302 həftə birinciliyini qorumuşdur.

 

2. Phil Mickelson (61.2 milyon)

fil-azeuro-8

Yuxarı pillələri öncədən təxmin edildiyi kimi qolfçular tutub. “Solaxay” ləqəbli 42 yaşlı Phil, ən müvəffəqiyyətli fəal oyunçulardan biridir. Maraqlıdır ki, məişətdə Mickelson hər şeyi sağ əli ilə edir. Yalnız sevimli qolfunu sol ilə oynayır. Bundan başqa onun adı həyat tərzi ilə bağlı müxtəlif reklam kampaniyalar ilə hallanır.

 

1. Tiger Woods (62,3 milyon)

tayqer-azeuro-1

Dünyanın ən zəngin idmançısı -bu titulu sadəcə bir il saxlaya bilib. Hətta boşanma prosesi belə,ona ən böyük məbləği qazanan idmançı olmasına mane yaratmayıb. O, ən böyük gəliriniysə, Nike ilə uzunmüddətli əməkdaşlıqdan əldə edib