Evliliyini qurtarmaq üçün bu yola əl atdı

Hollivud ulduzları Ancelina Coli və Bred Pitt evliliklərini xilas etməyə çalışırlar.

AzEuroNews xarici KİV-ə istinadən xəbər verir ki, münasibətlərində ciddi böhran yaşayan cütlük qədim magiyaya əl atıblar.

Cadunun bütün üsulları ilə maraqlanan Coli onu ömür boyu Pittlə bağlayacaq magiya etdirməyə hazırlaşır.

Aktrisanın bu qeyri-adi rituallara əl atması xəbərini mediaya yaxın rəfiqəsi deyib.

Bunun üçün Ancelina və Bred tropik cəngəlliklərə getməli, bir neçə gün orada qalmalıdır. Hər iki iştirakçı gecə ay işığında ediləcək ritual zamanı bütün geyimlərini soyunmalıdır. Hər ikisi qanlarını birləşdirməli və ondan bir neçə damcı torpağa tökülməsinə imkan verməlidirlər. Gün çıxana qədər də cəngəllikdə qalmalıdırlar.

Coli bu cür ritualları ilk dəfə etdirmir. O bundan əvvəlki müsahibələrində magiyaya əl atdığını özü etiraf etmişdi.