Panamanın keçmiş diktatoru ağır xəstəliyin pəncəsində

Panamanın keçmiş diktatorunun həkimi Eduardo Reysin verdiyi məlumata görə, Manuel Norleqanın beynində bir neçə il əvvəl “Meninqioma” adlı şiş əmələ gəlib və böyüməyə başlayıb.

AzEuroNews reuters.com-a istinadən xəbər verir ki, şişin aradan qaldırılması üçün keçmiş diktator əməliyyat olunmalıdı .Bununla bağlı, bazar ertəsi Manuel Norleqanı həbsxanadan çıxardıb xəstəxanaya gətirəcəklər və cümə axşamı keçirdiləcək əməliyyata hazırlayacaqlar.

Onuda qeyd edək ki, Manuel Norleqan 1983-1989 –cu illərdə Panamanı idarə edirdi, sonralar isə cinayət ittihamı ilə həbs edildi.