Qiyamçılar Türkiyədə hərbi raket gəmisini ələ keçirib

Türkiyəyə məxsus “Yavuz” raket freqatı ölkədə hərbi çevrilişə cəhd edənlərin əlinə keçib.

AzEuroNews Yunanıstan KİV-nə istinadən xəbər verir ki, qiyamçılar həmçinin, gəminin komandanlığını da girov götürüblər.

Qeyd edək ki, bu gecə Türkiyədə hərbçilər tərəfindən dövlət çevrilişinə cəhd olunub.
Hadisə nəticəsində 90 nəfər ölüb, 1154 nəfər yaralanıb. Türkiyədə qiyamda iştirak edən 1563 hərbçi həbs edilib. Bundan əlavə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının binasını boşaldan 200-dək qiyamçı polisə təslim olub. Həbs edilənlər arasında 5 general və 29 polkovnikin olduğu qeyd edilib.