Rus təyyarəsini vuran pilot qiyamçı çıxdı

“Türkiyədə ötən gün baş verən hərbi qiyamda iştirak edənlərin arasında Rusiyaya məxsus “Su-24” təyyarəsini vuran pilot da olub” 

AzEuroNews xəbər verir ki, bunu Ankara meri Melih Gökçek deyib. Onun sözlərinə görə, həmin pilot terrorçu Fətullah Gülən təşkilatının üzvüdür:

“Bu günə qədər biz bunu demirdik. Amma mən bəyan edirəm ki, bizim Rusiya ilə münasibətlərimizi məhz bu alçaqlar korlamışdılar”.