Sarkisyan yenə Qarabağa getdi

Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal altında olan torpaqları – Dağlıq Qarabağa səfərə gəlib.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən Sarkisyan Xankəndində qondarma `Respublika`nın `prezidenti` Bako Saakyanla görüşüb.

Tərəflər görüş zamanı bir sıra məsələləri müzakirə ediblər.

Erməni prezidentin Qarabağda hərbi birləşmələrinin mövqelərinə baş çəkəcəyi, müvafiq tapşırıqlar verəcəyi gözlənilir.