Türk aktyor yeni serialında fərqli obrazda olacaq

“Behzat Ç” serialı ilə məşhurlaşan Erdal Beşikçioğlu bu dəfə tamaşaçı qarşısına fərqli obrazda çıxacaq.

AzEuroNews Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçən mövsüm Star TV-də yayımlanan “Reaksiyon” serialının erkən final etməsindən sonra şirkət yeni serial çəkməyə hazırlaşır. Erdal Beşikçioğlunun baş rolda olacağı layihənin ssenarisini Emre Özdür və Başar Başaran yazacaq.

Psixoloji və həyəcanlı ssenarisi olan layihənin bir seriyası 60 dəqiqə olacaq və aktyor bir psixoloqu canlandıracaq. Hələ kanalı dəqiqləşməyən serial yeni mövsümdə ekranlarda olacaq.