Türkiyədə həlak olanların sayı 90 nəfərə çatıb, 1154 nəfər yaralanıb

Türkiyədə dövlət çevrilişi cəhdi zamanı 90 nəfər həlak olub.

“Report”un türk KİV-lərinə istinadən xəbər verir ki, hadisələr zamanı 1154 nəfər yaralanıb.

Ümumilikdə isə bu hadisələrlə bağlı indiyədək 1563-dən çox insan həbs edilib.