Türkiyənin baş naziri ölüm hökmünün mümkünlüyünü açıqlayıb

Türkiyə ölüm hökmünün bərpa olunması məsələsinə baxa bilər. “Report” xəbər verir ki, bunu NTV telekanalına müsahibəsində baş nazir Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, hakim partiya xalqın dövlət çevrilişinə qalxanlara ölüm hökmü verilməsi tələbinə anlaşıqlıqla yanaşır.

Bütün iğtişaşa qalxanların cəzalandırılacağını deyən baş nazir ölüm hökmünün də veriləcəyini istisna etməyib.