Türkiyənin Jandarma Baş Qərərgahı çevrilişə cəhd göstərən qüvvələrdən azad edilib

Türkiyənin xüsusi təyinatlı polis bölmələri Jandarma Baş Qərərgahını çevrilişə cəhd edən qüvvələrdən azad edib.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Agentliyin xəbərinə görə, qərərgahı ələ keçirən Fətullahçı Terror Təşkilatının (FETO) üzvü olan hərbiçilər zərərsizləşdirilib.