Yunanıstana qaçmış 8 hərbçi tezliklə Türkiyəyə təhvil veriləcək

Hərbi çevriliş cəhdində ittiham edilən və Yunanıstana qaçmış 8 hərbçi tezliklə Türkiyəyə təhvil veriləcək.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd edib.

O bildirib ki, Yunanıstanın xarici işlər naziri Nikos Koçiasla telefonla danışıb: “O, Yunanıstana qaçan 8 xainin tezliklə Türkiyəyə təhvil veriləcəyini söylədi”.