“Zirә” Türkiyә sәfәrindәn imtina etdi

“Zirə” yay hazırlıq prosesinin növbəti mərhələsini keçirmək üçün bu gün səhər Türkiyəyə yola düşməli idi.

Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, qardaş ölkədə baş verən məlum hadisələrə görə komandamız səfərə çıxa bilməyib. Komandanın getməli olduğu reys də daxil olmaqla, Türkiyəyə həyata keçirilməli olan uçuşlar təxirə salınıb.

Klub rəhbərliyi hazırda Türkiyədə hökm sürən qeyri-sabit vəziyyəti nəzərə alaraq, bu ölkənin Bolu şəhərində nəzərdə tutulmuş təlim-məşq toplanışının ləğvinə qərar verib. “Qartallar” hazırlığın növbəti mərhələsini də ölkə daxilində keçirəcək.