ABŞ-da Baltimor şəhərində aksiyada iştirak edən 20 nəfər saxlanılıb

ABŞ-ın Baltimor şəhərində polisin özbaşınalığına etiraz olaraq keçirilən etiraz aksiyasında iştirak edən 20 nəfər saxlanılıb.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, aksiya zamanı magistral bağlanıb.

Baltimor polisinin nümayəndəsi leytnant Cerron Cekson bildirib ki, aksiyaçılar federal magistralın bağlanması ilə əlaqədar saxlanılıblar. Aksiyaçılardan bəzilərinin paltarlarına “Mən Freddi Qreyəm” sözləri yazılıb. Afroamerikalı F.  Qrey keçən ilin aprelində keçən il polis tərəfindən öldürülüb.

Aksiya iştirakçıları bildiriblər ki, polis tədqiqatları üzərində ictimai nəzarətin təmin edilməsi üçün komissiya yaratmaq niyyətindədirlər.