ABŞ təyyarələri İŞİD-i Türkiyə ərazisindən bombalamağa başladı

OVER IRAQ -- A pair of F-16 Fighting Falcons launch flares during a mission Aug. 18. The aircraft are assigned to the 332nd Air Expeditionary Wing at Balad Air Base, Iraq, from the New Mexico Air National Guard. (U.S. Air Force photo by Tech. Sgt. Scott Reed)

ABŞ hərbi aviasiyası bu gün yenidən Türkiyədəki İncirlik Hərbi Hava Bazasından Suriyadakı İŞİD terror təşkilatının mövqelərinə zərbə endirməyə başlayıb.

RİA Novosti-nin verdiyi məlumata görə, bunu bu gün Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk bildirib. Piter Kuk deyib ki, türkiyəli tərəfdaşları ilə sıx əlaqələrdən sonra koalisiya təyyarələri Türkiyədəki hərbi hava bazasından uçuşlara başlayıb. Xatırladaq ki, şənbə günü Türkiyə İncirlik Hərbi Hava Bazasını bağlamışdı.