“Komandirlərimizin əmrlərini yerinə yetirdik”

Helikopterlə Yunanıstana qaçan əsgərlər ifadələrində, ” Biz heç bir şey bilmirdik; komandirlərimizin əmrlərini yerinə yetirdik” dedi.

AzEuroNews NTV-yə istinadən xəbər verir ki, çevriliş cəhdindən sonra helikopterlə Yunanıstana qaçan 8 Türk əsgəri, rütbələrini çıxararaq, siyasi sığınacaq istəyirdilər.

Yunan polisi tərəfindən saxlanılan əsgərlər bu səhər onları müdafiə edən qadın vəkil Vasiliki Marinaki ilə birlikdə məhkəməyə aparıldılar.

Məhkəməyə təhvil verilən əsgərlər İstanbulda, Türk Hava Qüvvələrində xidmət etdiklərini bildiriblər.

Əsgərlər polis və hakimə verdikləri ifadə də, ” Biz heç bir şey bilmirdik, komandirlərimizin əmrlərini yerinə yetirdik. Biz İstanbuldan kənarda iki helikopterlə eniş etdik, yaralı daşıdığımız zamanda bizə atəş açmağa başladılar. Atışma vardı, yaralananları, öldürülənləri görürdük. Bizi də öldürəcəklərini düşündük. Ən yaxın hava limanı Dədəağac hava limanı idi. Ora doğru hərəkət etməyə qərar verdik” deyə bildiriblər.

Məhkəməyə aparılan zaman əlləriylə üzlərini tutan 8 əsgər, siyasi sığınacaq tələb ediblər. Ölkəyə rəsmi sənədsiz giriş etmək və Türkiyə ilə Yunanıstan arasında dostluq münasibətlərini pozmaq ittihamları ilə günahlandırılan əsgərlərin məhkəmə prosesində Feres Polis İdarəsində məhbus olaraq qalacaqları bildirildi.

Yunanıstana qaçan 8 Türk əsgərini daşıyan “Black Hawk” tipli helikopteri geri gətirəcək heyəti daşıyan bir Türk helikopteri dünən axşam Dədəağac Dimokrios Hava limanına eniş edib. Türk qrupunun etdiyi yoxlamadan sonra hər iki helikopter İstanbula qayıdıb.