Narın möcüzəsi

İsveçrəli elm adamlarının araşdırması nəticəsində narın hüceyrənin ömrünü yüzdə 50 faiz uzatdığı ortaya çıxıb.

AzEuroNews xəbər verir ki, nar yaşlanan əzələləri gücləndirir, hüceyrədəki mitoxondriyə müsbət təsir edir.

Narda olan maddələr bağırsaqda yaşayan bakteriyalar sayəsində urolitin A maddəsinə çevrilir. Bu da hüceyrələrin yenilənməsinə kömək edərək yaşlanmağı gecikdirir.