Sarkisyan Təhlükəsizlik Şurasının iclasını çağırdı

Ermənistan prezidenti Serj Sarkisyan bu dəqiqələrdə Təhlükəsizlik Şurasının və hüquq-mühafizə orqanları rəhbərlərinin iclasını keçirir.

AzEuroNews xəbər verir ki, bu haqda məlumatı erməni KİV-i yayıb.

İclasda qeyd olunub ki, hüquq-mühafizə orqanları vəziyyətə nəzarət edir və polis idarəsinə hücumla bağı Yerevandakı situasiyanı nizamlamaq üçün zəruri tədbirlər görməyə hazırdır.