Yunanıstana qaçan 8 qiyamçı əsgər məhkəməyə çıxarılacaq

Yunanıstanla sərhəd xəttində yerləşən Dədəağac şəhərindəki aerodromda eniş edən, 8 qiyamçı Dədəağac Ədliyyəsinə aparıldı.

AzEuroNews “Milliyət” qəzetinə istinadən xəbər verir ki, Helikopterlə Yunanıstana qaçan 8 əsgər Dədəağac Ədliyyəsinə gətirildi.

Əlləri ilə üzlərini tutan qiyamçılar, polis nəzarətində Ədliyyəyə aparılıb.Yunan mətbuatının böyük maraq göstərdiyi qiyamçılar qeyri-qanuni yolla ölkəyə girmək və qonşu ölkələrin münasibətlərinin korlanması ilə günahlandırılacaqları bildirildi.

Qiyamçı əsgərlərin bu gün ifadələrinin alınması və qısa zaman içərisində cinayət məhkəməsinə çıxarılması gözlənilir.

Dövlət çevriliş cəhdindən sonra Sikorsky tipli hərbi helikopterlə Yunanıstanın Dədəağac hava limanına eniş edən 8 əsgərin rütbələri alınıb.Qiyama qatılan əsgərlər Yunanıstandan siyasi sığınacaq istəmişdilər.

Fetullahçı Terör Örgütünün (FETÖ) darbe girişimine katıldıktan sonra askeri bir helikopterle Yunanistan'a kaçan 8 asker Dedeağaç Adliyesine getirildi. ( Ayhan Mehmet - Anadolu Ajansı )
Fetullahçı Terör Örgütünün (FETÖ) darbe girişimine katıldıktan sonra askeri bir helikopterle Yunanistan’a kaçan 8 asker Dedeağaç Adliyesine getirildi. ( Ayhan Mehmet – Anadolu Ajansı )