ABŞ Gülənlə bağlı Türkiyəyə şərt qoydu

Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin ABŞ-dan ekstradisiya olunması üçün onun Türkiyədə dövlət çevrilişinə cəhdin təşkilində rolunun sübutu lazımdır.

AzVision.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Con Kerri deyib.

Onun sözlərinə görə, ABŞ-a Fətullah Gülənin ekstradisiyası üçün Ankara formal sorğu göndərməlidir: “Türkiyə tərəfinin təqdim etdiyi dəlillərin standartlara uyğun olacağı təqdirdə ekstradisiya anlaşmasına əməl ediləcək”.

O əlavə edib ki, ölkəsi Güləni Türkiyəyə verməməklə hər hansı məqsəd güdmür.