ABŞ: Pokemon Go oynayan yeniyetmələrə atəş açılıb

Polis deyir ki, ev sahibi onları səhvən oğru hesab edib.

Yeniyetmələr sağdır.

Şənbə günü baş vermiş hadisədən sonra ev sahibi deyib ki, o yeniyetmələrdən dayanmalarını istəsə də, onlar avtomobili dayandırmayıb.

Kişi deyir ki, o əvvəlcə “nəsə tapdın?” deyə sual eşidib.

Yeniyetmələrin valideynləri polisə bildirib ki, güllə avtomobilin təkərini dəlib, News4jax yazıb.

Valideynlər deyib ki, yeniyetmələr kişinin onları vurduğunu anlamayıb, elə sanıblar ki, kişi onları qorxudur.

Florida polisi bundan sonra Pokemon Go oynayanlar üçün təhlükəsizlik qaydalarını açıqlayıb.