“Alçaqlara qarşı hər kəs küçəyə…”

Türkiyədə hərbi çevrilişə cəhd zamanı prezidentin çağırışı ilə küçəyə çıxanlar arasında müğənni Nihat Doğan da olub.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisələrin baş verdiyi gecə Nihat Doğan Mahmudbəy küçələrində video çəkib və həmin görüntüləri sosial media hesabından paylaşıb. Müğənni vətədaşlara səslənərək “ Çevriliş edən alçaqlara qarşı hər kəs küçəyə. Məclisi bombalayacaq qədər alçaqlaşan bu xainlərə qarşı bütün xalqımı küçələrə dəvət edirəm. Demokratiyaya sahib çıxın”- ifadələrini işlədib.

N.Doğan onu tənqid edənlərə mesaj verməyi də unutmayıb. O, tvitter hesabında “Küçələrə tankların qabağına çıxın” çağırışıma özün çıx deyən alçaqlar biz onsuz da küçədə tankların üzərindəydik”- yazıb.