Ankara Ədliyyə Sarayının qarşısında atışma baş verib

Ankara Ədliyyə Sarayının qarşısında silahlı insident baş verib.

AzEuroNews Türkiyə KİV-inə istinadən xəbər verir ki, naməlum şəxs Türkiyədə hərbi çevrilişə cəhd göstərən generalların ədliyyə binasına gətirildiyi ərəfədə atəş açıb.

Xüsusi təyinatlı polislər hadisənin böyüməsinin qarşısını alıb və həmin şəxsi zərərsizləşdirərək nəzarət altına alıblar.