Argentinada yeni dinozavr növü kǝşf edilib

Argentinada ön ayaqları qısa olan yeni bir ətyeyən dinozavr növü kǝşf edilib.

AzEuroNews AZƏRTAC-a istinadən xəbər verir ki, beynəlxalq araşdırmaçı qrupun tǝdqiqatına görǝ, tiranozorlarla yaxın qohum olmayan və “Gualicho Shinya” adlanan yeni növün uzunluğu 7,6 metr, çǝkisi isǝ təxminən bir tondur. Yeni növün 90 milyon il əvvəl Patagoniyanın şimalında yaşadığı, tiranozorlar kimi ön ayaqları qısa, arxa ayaqları uzun bir dinozavr növü olduğu bildirilir.

Tədqiqatçılardan Peter Makoviç “Gualicho Shinya” ni “mozaika dinozavr növü” kimi xarakterizə edib.