AZAL İstanbul və Ankaraya alınan biletlərin cəriməsiz qaytarılma şərtlərini açıqlayıb

Türkiyədə baş vermiş son hadisələri nəzərə alaraq, “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin İstanbul və Ankara istiqamətində olan reyslərinə alınan biletlər cəriməsiz qaytarıla bilər.

AZAL-dan “Report”a daxil olan nəlumata görə, 16-20 iyul tarixinədək İstanbul və Ankara istiqamətlərində uçan reyslərə – 15 iyul 2016 tarixinə kimi yazılmış aviabiletlər 15 avqust 2016-cı il tarixinə qədər müraciət olunması şərti ilə cəriməsiz qaytarıla bilər.