Çində qar uçqunu nəticəsində 9 nəfər itkin düşüb

Çinin Tibet Muxtar Rayonunda baş vermiş qar uçqunu nəticəsində 9 nəfər itkin düşüb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Muxtar Rayonun Nqari dairəsindən 300 km aralıda qeydə alınıb.

Hadisə yerinə xilasedicilər cəlb olunub, itkin düşənlərin axtarışlarına başlanılıb.