Cozef Pilates kimdir?

O, 1880-ci illərdə Almaniyada doğulub. Gənclik illərində müxtəlif xəstəliklərdən əziyyət çəkib və bu səbəbdən ümumi sağlamlığını yaxşılaşdırmaq üçün fərqli həll tapmağa çalışıb.

AzEuroNews bodydesignpilates-ə istinadən xəbər verir ki, bugünki pilatesin təməlidə bu istiqamətdədir. Gənclik illərində müxtəlif idman sahələri ilə məşğul olmuş, sonralar yoga və meditasiya ilə maraqlanmağa başlamışdır.

Birinci Dünya müharibəsi illərində əsir düşən Cozef Pilatesin izah etdiyinə görə, digər məhbuslara pilates etdirərək bu məşq proqramıyla tanış olmalarına şərait yaratmışdır. Düşərgədə başlayan qrip epidemiyasında pilateslə məşğul olanlar xəstələnməmişdir. Düşərgə rəhbərlərinin bu vəziyyət diqqətini çəkmiş və Man adasındakı 30 xəstəyə cavabdeh olaraq Cozef vəzifələndirilmişdir. “Alətli Pilates”  adlandırılan cihazların ixtirasını etmiş, əzələ hərəkətlərini xəstələrdə tətbiq edərək onların daha sürətli yaxşılaşmasını təmin etmiş və infeksiyalara tutulmalarının qarşısını almışdır. Məhbusluq illərindən sonra ölkəsinə dönən Cozef Nazı tərəfdarlarının etdiyi təklifə baxmayaraq, Amerikaya getmək üçün bir gəmiyə minib və səfər əsnasında irəlidə həyat yoldaşı olacaq Claire ilə tanış olub. Daha sonra Amerikada bir Pilates studiyası açıblar.

Pilates olaraq bilinən məşq proqramını kontroloji adı altında öyrətməyə və insanlarla çalışmağa başlayıblar. Günümüzdəki pilates alətləri Cozefin hər xəstəsi üçün uyğun avadanlıq tapmağa çalışması ilə icad edilib. Cozef Pilates o illərdə çox rahat həyat sürməmişdir. 1967-ci ildə studiyasında baş verən yanğında tüstüdən zəhərlənərək, dünyasını dəyişib. Claire son günlərinə qədər Cozef Pilatesin mirasını inkişaf etdirməyə davam etmişdir.