Havay hava yollarına aid təyyarə Tokioya təcili eniş edib

Havay Hava Yollarına aid olan təyyarə bu gün səhər saatlarında Yaponiyanın Tokio şəhərinə qəzalı eniş etdi. Məlumata görə təyyarənin 10 şinindən 8-i partlamışdı.

AzEuroNews news24-ə istinadən xəbər verir ki, yaranan vəziyyət nəticəsində Yaponiya Hava Yollarına aid bir neçə təyyarənin enişi gecikdirildi.

Lakin çətinliklərə baxmayaraq, Havay Hava Yolları təyarəsinin pilotu təyyarəni heç kəs zərər görmədən endirə bilib.

Onu da qeyd edək ki, təyyarədə 293 sərnişin və ekipaj üzvləri vardı.