Klimancaroya çıxan alpinist həyatını itirdi

Bazar ertəsi səhər saatlarında Gugu Zulu adlı alpinist Kilimancaro dağına çıxarkən həyatını itirib.

AzEuroNews sabc.co.za-ya istinadən xəbər verir ki, Nelson Mandela Fondu tərəfindən təşkil olunmuş bu səyahət uğursuz nəticələnib.

Məlumata görə Zulu tanınmış yarış sürücüsü idi. Onun tənəfüs sistemində problemi vardı.

Halı pisləşən Zuluyə tibbi komandanın, ilk yardım göstərməyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Gugu Klimancaroya öz həyat yoldaşı ilə birlikdə çıxmışdı, düşərkən isə yanlarında tibbi komanda və layihə lideri Riçard Mabaso vardı.

Nelson Mandela Fondunun icraçı direktoru Sello Hatangın sözlərinə görə o, Zulunu yaxşı tanıyırdı: “Mən ona Klimancaroya çıxmaq üçün təlimat vermişdim.Hava limanında onu yola salanda o, mənə  “Mandala Günü” ilə əlaqədar növbəti layihələr haqqında danışmaq istədiyini bildirdi.”

Nelson Fondu Tanzaniyadan yeni bir xəbər alandan sonra, bu haqda daha çox məlumat verəcəyini bildirdi.

Onu da qeyd edək ki, bu gün onlar plana əsasən, Klimancaro dağının ən yüksək səviyyəsində olmalı idilər.