Latviya yenə qaçqın qəbul etdi

Avropa Birliyinin qaydalarına uyğun olaraq Latviya, Eritreyadan gələn 7 nəfər qaçqını  qəbul edib.

AzEuroNews dw.com-a istinadən xəbər verir ki, Latviya  hökumətinin verdiyi məlumata  əsasən, ölkə 2017-ci ilə qədər Yaxın Şərq və Afrikadan olan, 500 dən artıq miqrant qəbul edəcək.

Bu məqsədlə dövlət 15 milyon euro pul xərcləyəcək.Bunun 8,5 milyonu dövlət büdcəsindən, qalan hissəsi isə AB fondlarından veriləcək.

Məlumata görə, Latviyaya gələn miqrantların arasında tələbələr,mexaniklər,həkimlər  və digər peşə sahibləri vardı.

Bir neçə dövlət üsullarınınkeçirilməsindən sonra, Latviya hökuməti miqrantlara qaçqın və ya alternativ status verəcəyini bildirib.

Onuda qeyd edək ki, hazırda Latviya 53 miqrant qəbul edib .