Müxalifət Ermənistanda etiraz aksiyası keçirir: istefa tələbləri səslənir

Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilir.

“İnterfaks” agentliyi xəbər verir ki, aksiyada 400-dən çox müxalifətçi iştirak edir.

Aksiya iştirakçıları polis bölməsini ələ keçirən silahlı qrupa dəstək şüarları səsləndirirlər.

Etirazçılar Sarkisyan hakimiyyətinin istefasını tələb edirlər.