Nitsadakı terror aktına aidiyyəti olan 7 şübhəli saxlanılıb

Fransa polisi Nitsadaki terror aktına aidiyyəti olan 7 şübhəli həbs edilib. Onların arasında terroristə silahı verməkdə günahlandırılanda var. Terror zamanı Mohaməd Lahuedja Buxtelyanın tək bir tapançası olub və onun saxlanılan şəxsə yazdığı ismarıcda əlavə silah istədiyi məlum olub.

AzEuroNews euronews-a istinadən xəbər verir ki, terror ilə bağlı məsuliyyəti “İslam Dövlət” qruplaşdırılması öz üzərinə götürdü. Lakin Buxtelyanın Djixadistlərlə heç bir əlaqəsi aşkar olunmayıb.

Polislər tərəfindən saxlanılanlar arasında Buxtelyanın boşanma prosesində olan həyat yoldaşı da vardı lakin o, bir müddət sonra buraxılıb.

Müxalifət və bir çox fransızlar, bir neçə aydır ölkədə davam edən fövqəladə vəziyyətə baxmayaraq, hökuməti və prezidenti vətəndaşların təhlükəsizliyini təmin edə bilməməkdə günahlandırırlar.