Qazaxıstanda ölənlər arasında polislər də var

Almatı şəhər Daxili İşlər Departamenti ölənlər arasında polislərin də olduğunu bildirir.

Trend-in məlumatına görə, ölənlərin sayı hələ dəqiqləşdirilməyib.

Məlumatda deyilir ki, silahlı şəxslərdən biri tutulub, digəri axtarışdadır.

Qeyd edək ki, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) Antiterror Mərkəzi naməlum şəxslərin Daxili İşlər Nazirliyinin Almalı rayon idarəsinin binasına və MTK-nın departamentinə hücum edildiyinə dair daha əvvəl mətbuatda yayılan informasiyanı təsdiq edib.

Mərkəzdən bildiriblər ki, bu səbəbdən Almatı ərazisində terror təhlükəsi kritik səviyyəyə (“qırmızı”) çatdırılıb.

Buna qədər Almatı şəhər Daxili İşlər Departamenti antiterror əməliyyatı keçirildiyini elan edib və Almatı sakinlərini evlərini tərk etməməyə, insanların kütləvi toplaşdığı ərazilərdən uzaq durmağa və bütün şübhəli şəxslər barədə hüquq-mühafizə orqanlarına dərhal məlumata verməyə çağırıb.