Türkiyədə 8 minə yaxın polis əməkdaşı işdən azad edilib

Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqədar 7850 polis əməkdaşı işdən azad edilib.

AzEuroNews Türkiyə KİV-nə istinadən xəbər verir ki, bazar günü gecədən etibarən Türkiyədə hüquq mühafizə orqanlarında qiyamçıların aşkar edilməsi ilə bağlı xüsusi əməliyyat keçirilir.

Polis idarələrinə çağırılan xidmətdən kənarlaşdırılmış həmin polis əməkdaşlarının silahları və nişanları alınıb.