Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndirilən 7 hərbçi barəsində həbs qərarı verilib

Türkiyədə 15 iyul hərbi çevrilişə cəhd hadisələrində təqsirləndirilən 7 hərbçi barəsində həbs qərarı verilib.

“Report”un “Anadolu”ya istinadən verdiyi məlumata görə, onların arasında komandanlar – ordu generalı Adem Huduti, general-mayor Avni Angun, general-mayor Emin Ayık və general-mayor Mustafa Serdar Sevgili də var.

Məhkəmə zalında həbs edilərək həbsxanaya göndərilən hərbi çevrilişə cəhddə ittiham olunan hərbçilər barəsində nə qədər həbs qətimkan tədbiri seçildiyi açıqlanmayıb.