Türkiyədə məmurların ölkədən çıxışına qadağa qoyuldu

Türkiyə hakimiyyəti dövlət qulluğunda çalışan məmurların ölkədən çıxışına məhdudiyyət qoyub.

Məlumatı NTV kanalı Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəsinə istinadən yayıb.

Bildirilir ki, xaricə çıxış qadağası bütün dövlət qulluqçularına aiddir. Ayrı-ayrı məmurlarla bağlı isə xarici səfərlərin təşkilində əlavə tələblər tətbiq olunur. Belə ki, yaşıl (xidməti) pasport sahibləri bundan sonra mütləq iş yerindən səfərin məqsədi və müddəti barədə arayış təqdim etməlidirlər.